Den Stivens | |
---|---|
Dan Stevens | |
![]() Stivens 2017-ci ildə Gözəl və bədheybət filminin premyerasında | |
Doğum adı | Daniel Jonathan Stevens |
Doğum tarixi | 10 oktyabr 1982[1][2] (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | İngilis |
Həyat yoldaşı | Suzi Stivens |
Uşağı | 3 |
Fəaliyyəti | aktyor, teatr aktyoru, kino aktyoru, televiziya aktyoru |
Fəaliyyət illəri | 1999-cu ildən |
Təhsili | |
Boyu | 1,82 m |
IMDb | ID1405398 |
![]() |
Daniel Conatan Stivens (ing. Daniel Jonathan Stevens; 10 oktyabr 1982[1][2], Kroydon, London)[4] — ingilis aktyor. O ilk dəfə ITV-nin tanınmış Daunton monastrı (2010–2012) dram serialındakı Metyu Krouli roluna görə beynəlxalq tanınma qazanı. O həmçinin Qonaq (2014) triller filmində Devid, Muzeydə gecə: Məzarın sirri (2014) macəra filmində ser Lancelot, Disneyin Gözəl və bədheybət (2017) filmində Bədheybət/Şahzadə, Marşall (2017) bioqrafiq dramda Lorin Uillis, Miladı icad edən (2017) bioqrafik dramında Çarlz Dikkens və Avroviziya Mahnı Müsabiqəsi: Alovun hekayəsi (2020) filmində rusiyalı təmsilçi Aleksandr Lemtov rolunu ifa edib. 2017–19-cu illərdə FX-in Legion serialinda Devid Heller roluna çəkildi. 2018-ci ildə Netflix-in qorxu-trilleri Apostol filmində rol aldı.