Dengeki G's Comic | |
---|---|
![]() Jurnalın 2014-cü il iyun sayının üzlüyü. Personaj: "Love Live!"-dən Honoka Kosaka. | |
Növ | seynen manqası |
Dövrilik | aylıq |
Nəşriyyat | ASCII Media Works |
Təsis tarixi | 2012 |
İlk buraxılışı |
9 avqust 2012 (rəqəmsal) 30 aprel 2014 (çap) |
Nəşrini dayandırıb | 30 mart 2019 |
Ölkə |
![]() |
Dil | yapon dili |
gs.dengeki.com |
Dengeki G's Comic (電撃G'sコミック, Dengeki Jīzu Komikku?) — ASCII Media Works nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. Jurnal ilk öncə rəqəmsal şəkildə yayımlanırdı və 0-cı cildi 9 avqust 2012-ci ildə yayımlanmışdır.[1] 15 oktyabr 2012-ci ildə dövriliyi aylıq olmuşdur.[2] 2013-cü ilin aprelindən 2014-cü ilin aprelinə kimi jurnal hər iki həftədən bir buraxılırdı. 30 aprel 2014-cü ildə satışa çıxarılmış 2014-cü il iyul buraxılışından etibarən çap şəklində nəşr olunmaqdadır.[3]