Dennis Berqkamp

Dennis Berqkamp
nid. Dennis Bergkamp
Berqkamp 22 fevral 2014-cü ildə Emirates stadionunun ətrafında heykəlinin açılışında olarkən.[1]
Berqkamp 22 fevral 2014-cü ildə Emirates stadionunun ətrafında heykəlinin açılışında olarkən.[1]
Ümumi məlumatlar
Tam adı Dennis Nikolas Mariya Berqkamp[2]
Ləqəbi Berqi, Uçabilməyən hollandiyalı
Doğum tarixi (55 yaş)
Doğum yeri Amsterdam, Niderland
Vətəndaşlığı Niderland Niderland
Boyu 1,83 m
Çəkisi 75 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Niderland Ayaks
Vəzifəsi Baş məşqçinin köməkçisi
Karyerası
Gənclik karyerası
1981–1988 Niderland Ayaks
Klub karyerası[* 1]
1986–1993 Niderland Ayaks 185 (103)
1993–1995 İtaliya İnter Milan 52 (11)
1995–2006 İngiltərə Arsenal 315 (87)
Cəmi 549(201)
Milli yığma[* 2]
1990–1994 Niderland Niderland (21 yaşlılar) 2 (0)
1994–2006 Niderland Niderland 79 (37)
Məşqçisi olduğu klublar
2011—2017 Niderland Ayaks (köməkçi)
Təltif və medalları
Avropa çempionatları
Bürünc İsveç 1992
Bürünc Belçika/Niderland 2000

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969[3][4], Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır".[5] Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur".[6]

Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub. Berqkamp eyni zamanda 2006-cı ildə "Arsenal" klubu ilə Çempionlar liqasının finalına vəsiqə qazanıb, bu oyun onun karyerasında sonuncu oyun kimi də yadda qalıb.

Berqkamp "Arsenal" klubunun bütün tarixi ərzindəki ən yaxşı oyunçularının siyahısında yalnız Tyerri Anridən geri qalaraq ikinci pillədə qərarlaşıb.[7] 2014-cü ildə Emirates stadionunun ətrafında Berqkampın şərəfinə heykəl ucaldılıb.[8]

Berqkamp əsas milli komandada 1990-cı ildə debüt edib və onun heyətində 10 il çıxış edib. Millinin heyətində 1992, 19962000-ci illərdə UEFA Avropa Çempionatında, 19941998-ci illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. 1998-ci ildə Berqkamp milli komanda tarixində ən çox qol vurmuş futbolçu tituluna sahib olub, daha sonra bu titul digər futbolçulara keçib. Hal-hazırda isə Berqkamp millidə vurulmuş qolların sayına görə dördüncü yerdədir, ondan öncə isə bu siyahıda Robin van Persi, Patrik KlüvertKlaas-Yan Huntelaar yer alıblar.[9]

Berqkamp iki dəfə, 1993 və 1997-ci illərdə Dünyada İlin Oyunçusu nominasiyasında üçüncü yeri tutub, həmçinin Pele tərəfindən yaradılmış FİFA 100 siyahısında yer alıb. Berqkamp İngiltərə çempionatı tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. 2007-ci ildə Berqkamp İngiltərə futbolunun şöhrət zalına daxil olub, bununla da o, bu şərəfə nail olan ilk və hələlik tək niderlandlı futbolçu kimi tarixə düşüb. Berqkampda aerofobiya olduğuna görə Arsenal tərəfdardarları tərəfindən ona "Uça bilməyən hollandiyalı" ləqəbi verilib.[10]

  1. "Arsenal legend Dennis Bergkamp's statue unveiled!". iamadesigooner.wordpress.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-22.
  2. Hugman. səh. 57
  3. Dennis Bergkamp // Transfermarkt (çd.). 2000.
  4. DENNIS BERGKAMP // Argentine Soccer Database (isp.).
  5. Kuper, Simon. "No more walking in a 'Burgcamp' Wonderland". Financial Times. 28 aprel 2006. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2012.
  6. Coleman, Nick. "There was only one Dennis Bergkamp". The Independent. London. 22 iyul 2006. 2012-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2011.
  7. "Gunners' Greatest Players 2. Dennis Bergkamp". Arsenal.com. 2008-07-17. 2013-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-18.
  8. "Arsenal to unveil Dennis Bergkamp statue". London: Arsenal.com. 27 fevral 2013. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2011.
  9. "Scorers Dutch team". 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  10. "Десятка лучших футбольных прозвищ". inoprosport.ru. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne