Deyl Karnegi

Deyl Karnegi
ing. Dale Arley Carnegie
Doğum tarixi
Doğum yeri Merivill, Missuri, ABŞ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi limfoma
Təhsili
  • Amerika Dramatik İncəsənət Akademiyası[d]
Fəaliyyəti yazıçı, spiker-motivator[d], müəllim, bioqraf, psixoloq, mühazirəçi[d]
İmza
dalecarnegie.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888[1][2][…], Merivill[d], Missuri1 noyabr 1955[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır.

Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb. Belə ki, təhsil haqqını ödəyə bilməyən Deyl anasının məsləhəti ilə diskussiya dərnəyinə daxil olub, nitq mədəniyyətini öyrənir. Və müxtəlif mövzular üzrə çıxışlar edərək pul qazanmağa başlayır. Yaxşı natiq kimi tanınan Deyl təhsilini başa vurduqdan sonra ticarətlə məşğul olmağa başlayır. Bu sahədə işləri pis getməsə də o, natiqlik sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə Nyu- Yorka yollanır.

Nyu-Yorkda natiqlik sənəti üzrə kurslar aparan Deyl insani münasibətlərlə maraqlanmağa başlayır. 1936-cı ildə işıq üzü görən «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı.

Deyl Karnegi bu kitabla kifayətlənmədi, insani münasibətlər mövzusunda daha bir neçə kitabı oxucuların ixtiyarına verdi. Onun metodikasının əsas prinsipi belə idi: «Tənqid mənasızdır, tənqid insanı yalnız müdafiəyə keçməyə məcbur edir. Bu zaman isə tənqid olunan insan bir qayda olaraq, hər vəchlə özünə haqq qazandırmağa çalışır. Ümumiyyətlə, tənqid təhlükəlidir. Adamın qüruruna, heysiyyətinə toxunur və buna məruz qalan insan bütün ömrü boyu bunu yadda saxlayır».

Missuri ştatında sadə həyat tərzi sürən Deyl bu prinsip əsasında qələmə aldığı əsərləri ilə dünya şöhrəti qazandı. Və yarım əsrdən artıqdır ki, Deyl Karneginini əsərləri geniş oxucu audotoriyasını itirməyib. Deyl Karnegi 67 yaşında dünyasını dəyişib.

  1. 1 2 Bibliothèque nationale de France Dale Carnegie // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Dale Carnegie // GeneaStar.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne