Difenilmetan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₁₃H₁₂[1] |
Molyar kütlə | 0 kq[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 24 °C[2], 25,24 °C[3] |
Qaynama nöqtəsi | 265,05 °C[3] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 101-81-5 |
PubChem | 7580 |
ChEBI | 38884 |
ChemSpider | 7299 |
Difenilmetan — molekulunda iki hidrogen atomunun fenil qrupları ilə əvəz olunduğu karbohidrogen, metanın törəməsi. Kimyəvi formulu: C6H5 – CH2 – C6H5.
Difenilmetan almaq üçün aşağıdakı üsullardan istifadə edirlər:
Bu tip kondensasiya qüvvətli sualıcıların iştirakı ilə gedir, fenollar və aminlər üçün daha asan başa gəlir, difenilmetanın törəmələrinin almaq üçün daha əlverişli olur. Buna misal olaraq qarışqa aldehidinin dimetilanilin ilə kondensasiyasını göstərmək olar. Bu zaman iki molekul dimetilanilinin amin qruplarına qarşı para vəziyyətdə olan titrək hidrogenləri qarışqa aldehidinin oksigeni ilə birləşir, nəticədə bir molekul su və terametildiamindifenilmetan əmələ gəlir.
Difenilmetan 260C-də əriyən və 2620C-də qaynayan portağal iyli maddədir. Suda həll olmur, spirtdə və efirdə yaxşı həll olur. difenilmetanın buxarlarını yüksək temperaturlu boru içərisindən buraxdıqda iki benzol nüvəsindən iki hidrogen ayrılır və fluoren əmələ gəlir. Difenilmetandakı metilen qrupunun hidrogenləri onunla qonşu fenil qruplarının təsiri nəticəsində titrəklik kəsb edib asan əvəz olunur. Buna görədir ki, difenilmetana bromla təsir etdikdə əvvəlcə metilen qrupundakı hidrogenlər əvəz olunur.
Difenilmetan, yenə yuxarıdakı səbədən, asan oksidləşir. Bu zaman onun metilen qrupu karbonil qrupuna çevrilib, difenilketon və ya benzofenon əmələ gəlir.
Benzofenon çoxnüvəli aromatik birləşmələrə mənsub difenilmetan törəməsidir.