Dil prosessoru

Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne