Vitaliti Stadionu | |
---|---|
Keçmiş adı |
Din Kort, Qoldsends, Syuard, Faytness Fyost, |
Yeri | Bornmut, Dorset, İngiltərə |
Tikilib | 1910 |
Yenidən qurulma tarixi | 2001 |
Sahibi | Maksim Dyomin, Eddi Mitçell |
Tamaşaçı tutumu | 11.464[1] |
Ev sahibi komanda | Bornmut (1910-cu ildən) |
Meydançanın ölçüləri | 105 x 78 m |
Ot örtüyü | ot |
Vikianbarda əlaqəli mediafayllar |
Din Kort (ing. Dean Court) — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb.[2] 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu (ing. Vitality Stadium) kimi tanınır.[3]