Məqalələr seriyasından |
![]() |
Diobendi (puşt. دیو بندی, urdu دیو بندی, benq. দেওবন্দ, hind. देवबन्दी) — Hindistanın Diobend şəhərindəki Darul Ulum Diobend məktəbindən yaranan Hənəfi İslam hərəkatına verilən termindir[1]. O ilk növbədə Hindistan, Pakistan, Əfqanıstan və Banqladeşdə yerləşir və son zamanlarda Böyük Britaniya və Cənubi Afrikaya yayılıb[2].
Hərəkat Şah Vəliyullah Dəhləvi (1703-1762) adlı Nəqşibəndi aliminin mənəviyyatından ilhamlanaraq, 1867-ci ildə Britaniya hakimiyyətinə qarşı uğursuz üsyandan on il sonra əsası qoyulmuşdur. Diobend mədrəsələri Taliban və Ceyş-i Məhəmməd kimi qrupların formalaşmasında təsirli olmuşdur.
Muslim Schools and Education in Europe and South Africa - Google Books