Dr. Strenclav | |
---|---|
Dr. Strangelove | |
| |
Janr | komediya filmi[4][5][…], müharibə filmi[6][7][…], roman ekranlaşdırması[d][8] |
Əsas mövzu | aviasiya, Soyuq müharibə[8], Nüvə müharibəsi, Axirət cihazı, Üçüncü dünya müharibəsi |
Rejissor | Stenli Kubrik |
Prodüser | Stenli Kubrik |
Əsərin müəllifləri |
"Qırmızı Alarm"ın müəllifi Piter Corc |
Ssenari müəllifləri |
Stenli Kubrik Terri Sauzern Piter Corc |
Baş rollarda |
Piter Sellers Corc Skott Sterlinq Heyden Kinan Uinn Slim Pikens |
Operator | Gilbert Teylor |
Bəstəkar | Lori Conson |
İstehsalçılar |
Hawk Films Distribütor: Columbia Pictures |
Distribütor | Columbia Pictures[9], Netflix |
İlk baxış tarixi | 29 yanvar 1964 |
Filmin digər adları | Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim? |
Müddət | 94 dəqiqə[1] |
Büdcə | 1,8 milyon $[2] |
Gəlir | 9,4 milyon $[2] |
Ölkələr |
Böyük Britaniya[3] ABŞ[3] |
Dil | İngiliscə |
Rəng | ağ-qara[d][9] |
Çəkiliş yeri | İslandiya, Arktika, Qayalı dağlar, Qrenlandiya, Hitrou Beynəlxalq Hava Limanı, London, Şimal-Qərb Əraziləri |
IMDb | ID0057012 |
Vikianbarda əlaqəli mediafayllar |
Doktor Strenclav və ya digər adı ilə Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim? – Stenli Kubrikin rejissorluğunu etdiyi 1964-cü il qara yumor janrında filmdir. Film SSRİ ilə ABŞ arasındakı soyuq müharibəni satirik şəkildə ekrana çıxarır. Filmin prodüseri olan Kubrik Terri Sauzern və Corc Skott ilə birlikdə həm də filmin ssenarisini yazıb. Film Birləşmiş Krallıqda çəkilib.
Film ABŞ Hava Qüvvələri generalının axmaqca durduq yerə SSRİ üzərinə nüvə atom bombası atmaq əmrini verməsindən sonra baş verən olayları ironik şəkildə izah edir. Bundan sonra ABŞ generalları, siyasi rəhbərləri, o cümlədən ABŞ prezidenti, Kral Hava Qüvvələri rəhbəri nüvə apokalipsisinin qarşısını almaq üçün əl-ayağa düşürlər. Kubrik bu filmlə həm güldürür, həm də düşündürür. Film müasir insanın gündəlik yaşayışında da Damokl qılıncı kimi böyük və davamlı olan qorxu və qayğıyı — atom müharibəsinin gətirəcəyi qiyamət günü qorxusunu dilə gətirir.
Film 1989-cu ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Bundan əlavə, ekran işi Amerika Film İnstitutunun 100 ən gülməli filmlər siyahısına daxil edilib.