Dominant (ekologiya)

Rhizophoraceae (manqrov) tropik bataqlıqlarda dominantlıq edir
Rhizophoraceae (manqrov) tropik bataqlıqlarda dominantlıq edir

Dominant (lat. Dominans- hakimlik edən)- fitosenozların müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri dominant, ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir dominant varsa, ona monodominant, fitosenozda bir neçə dominant iştirak edərsə, polidominant fitosenoz adlanır. Dominant kütlənin miqdarı, yaxud proyektiv böyüklüyünə gösrə hesablanır. Dominantlar və subdominantlar fitosenozun əsas məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox mühüm əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında dominantlar mühüm əhəmiyyət kəsb edir.[1]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne