Earth Song

"Earth Song"
Maykl Cekson tərəfindən HIStory: Past, Present and Future, Book I albomunda ifa olunmuş mahnı
Yayımlanıb 27 noyabr 1995
Janr blyuz, gospel, operatic pop
Dil ingilis dili
Müddət 6:46 (Albom versiyası)
5:02 (Radio versiyası)
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Prodüser Maykl Cekson, David Foster, Bill Bottrell
Studiya Epic Records
Leybl Epic Records
Audio nümunəsi
"Earth Song" mahnısının səslənməsi

"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, operagospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər.

Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür. Mahnı əksər Avropa ölkələrinin hit-paradlarında ilk beşliyə daxil olmuşdur. Böyük Britaniyada mahnı Maykl Ceksonun ən çox satılan sinqlı olmaqla yanaşı, 1995-ci ilin bir nömrəli yeni il sinqlı adını da almışdır. "Earth Song" ABŞ-də sinql kimi satışa çıxarılmamışdır. Bu mahnıdan sonra Cekson heyvanlar və təbiətin qorunması üçün çalışan təşkilat və birliklərin dəstəyini qazanmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne