Edinburqlu Mariya

Edinburqlu Mariya
ing. Marie of Edinburgh
10 oktyabr 1914 – 20 iyul 1927
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1875(1875-10-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 iyul 1938(1938-07-18)[2] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Sirroz
Dəfn yeri
  • Kurtya-de-Ardjeş kafedralı[d]
Fəaliyyəti gündəlik yazıçısı[d], tibb bacısı, incəsənət xadimi
Atası Şahzadə Alfred (Saksen-Koburq-Qota hersoqu)
Anası Mariya Aleksandrovna (Saksen-Koburq-Qota hersoqinası)
Həyat yoldaşı
Uşaqları
Ailəsi Saksen-Koburq-Qot sülaləsi, Vindzorlar sülaləsi
Dini Anqlikan kilsəsi, Rumın Pravoslav Kilsəsi[3][4][…], Bəhailik[5][6][…]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edinburqlu Mariya (ing. Marie Alexandra Victoria of Edinburgh; 29 oktyabr 1875[1][2][…], İstuell-Park[d], Kent qraflığı18 iyul 1938[2], Peleș qəsri[d]) — son Rumıniya kraliçası.

Edinburqlu Mariya 1875-ci ildə Britaniya monarx ailəsində doğuldu. Atası Kraliça Viktoriyanın oğlu Alfred, anası isə II Aleksandrın qızı Mariya Aleksandrovnadır. İlk illəri Kent, MaltaKoburqda keçdi. Britaniya vəliəhdi Georqla evlənməkdən imtina etdikdən sonra 1892-ci ildə Rumıniya taxt-tacının vəliəhdi Ferdinandla evlənməsinə qərar verildi.

Birinci Dünya müharibəsinin başlamasının ardından taxta çıxan əri I Ferdinandı Antanta birliyinə qoşulmağa və Almaniyaya müharibə elan etməyə təşviq etdi. Nəticədə 1916-cı ildə Rumıniya krallığı müharibəyə qatıldı. Müharibənin ilk illərində paytaxt Buxarest işğal olundu və I Ferdinand ailəsiylə birlikdə Moldovaya sığındı. Burada Edinburqlu Mariya və 3 qızı cəbhədən gələn yaralı və xəstə əsgərlərin saxlandığı hərbi hospitalda tibb bacısı kimi çalışdılar. Müharibənin ardından Bessarabiya, TransilvaniyaBukovina bölgələrinin ölkəyə birləşdirilməsiylə Edinburqlu Mariya Böyük Rumıniya kraliçası oldu. 1919-cu ildə Paris sülh konfransına qatılan Edinburqlu Mariya həm ölkədə, həm də ölkə xaricində sevilən bir kraliça idi. 1926-cı ildə övladları Nikolay və İlena ilə birlikdə ABŞ-a diplomatik səyahət etdi. Bu səyahət əsnasında ərinin ani ölümü xəbərini aldı və dərhal Rumıniyaya qayıtdı.

Taxta çıxarılan nəvəsi I Mixailə nəzarət edən naib komissiyasına qatılmaqdan imtina edən Edinburqlu Mariya ölkənin siyasi həyatında aktiv iştirak etdi. Ancaq vaxtilə taxt hüququndan imtina edərək ölkədən qaçan oğlu Şahzadə Karolun geri dönərək taxtı zəbt etməsinin ardından siyasi səhnədən uzaqlaşdırıldı. Nəticədə Edinburqlu Mariya Buxarestdən göndərildi və qalan ömrünü cənubi Dobrucadakı Balçik sarayında keçirdi. 1938-ci ildə burada seroz səbəbilə vəfat etdi.

  1. 1 2 Lundy D. R. Marie Alexandra Victoria Saxe-Coburg and Gotha, Princess of Edinburgh // The Peerage (ing.).
  2. 1 2 3 4 Maria, Königin von Rumänien // FemBio database (alm.).
  3. https://historia.ro/sectiune/general/cand-s-a-convertit-regina-maria-la-ortodoxie-2203720.html.
  4. https://ziarullumina.ro/actualitate-religioasa/an-omagial/maria-regina-ortodoxa-a-romaniei-135511.html.
  5. https://historia.ro/sectiune/general/regina-maria-si-credinta-bahai-573036.html.
  6. https://www.libertatea.ro/lifestyle/mii-de-bahai-in-romania-o-religie-mondiala-ce-are-drept-scop-unirea-tuturor-popoarelor-intr-o-credinta-comuna-are-adepti-si-in-romania-legatura-cu-regina-maria-2752885.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne