Edqar Davids | |
---|---|
nid. Edgar Davids | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 mart 1973[1][2][…] (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 168 sm[3] |
Çəkisi | 69 kq[3] |
Mövqeyi | yarımmüdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Edgar Steven Davids (Niderlandca tələffüz: [ˈɛdɡɑr ˈdaːvɪts] ( dinlə) ;13 mart 1973[1][2][…], Paramaribo) — Surinam əsilli Niderlandlı keçmiş peşəkar futbolçu. Hal hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur.
Karyerasına "Ayaks" klubunda başlayıb. Niderland nəhəngi ilə bir neçə yerli və beynəlxalq titullar qazandıqdan sonra, İtaliyanın "Milan" klubuna transfer edilir. Futbolçu daha sonra "Yuventus" klubuna keçir. Sonralar "Barselona", "İnter Milan", "Tottenham Hotspur" və "Kristal Palas" klublarında çıxış edib.
Futbolçu Niderland milli komandasının heyətində 74 oyunda oynayaraq 6 qol vurub.
Öz nəslinin ən böyük və ən tanınan oyunçularından biri olan Davids tez-tez qlaukoma səbəbiylə taxdığı saçları və qoruyucu eynəkləri ilə futbol meydançasında fərqlənirdi.[4][5] Döyüşkən və enerjili, eyni zamanda yaradıcı və bacarıqlı yarımmüdafiəçi olan Davids aqressivliyi, mövqe seçmə və sərt mübarizə tərzinə görə Lui van Qaal tərəfindən "Pitbull" ləqəbini alıb.[6][7]
2004-cü ildə o, Pele tərəfindən seçilmiş, FIFA 100 dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısında yer alır.