Edvard Sapir

Edvard Sapir
ing. Edward Sapir
Doğum tarixi 26 yanvar 1884(1884-01-26)[1][2][…]
Vəfat tarixi 4 fevral 1939(1939-02-04)[3][1][…] (55 yaşında)
Vəfat yeri
Elm sahələri dilçilik, etnologiya, Millətlərin psixologiyası
İş yerləri
Təhsili
Elmi rəhbəri Frans Boas
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvard Sapir (26 yanvar 1884[1][2][…]4 fevral 1939[3][1][…], Nyu-Heyven[3]) — ABŞ-lı antropoloq-dilçi.[4][5] Sapir indiki Polşanın şimalında olan Alman Pomereniyasının bir şəhərində doğulub. Ailəsi o uşaq ikən ABŞ-yə köçüb. Kolumbiya Universitetində Alman dili dilçiliyini öyrənib və burada Frans Boasın təsiri altına düşüb. Boas ona Şimali Amerika yerli dilləri ilə bağlı işləməyə ilhamlandırıb. Sonra o, Kaliforniyaya gedib və burada Alfred Kreber ilə yerli dillərin sənədləşdirilməsi üzərində çalışıb. 15 il ərzində Kanada Geoloji Tədqiqatı ilə işləyib, burada Şimali Amerikalı ən önəmli dilçilərdən biri olaraq tanınmağa başlayıb, digər böyük dilçi isə Leonard Blumfild idi. Çikaqo Universitetində professorluq təklifi alıb və burada dilçiliyin peşə olaraq inkişaf etməsi üçün bir neçə il çalışıb. Həyatının sonlarına doğru Yale Universitetində antropologiya professoru olub. Onun çoxsaylı tələbələri arasında dilçilər Meri Haas və Morris Svodeş, antropoloqlar isə Fred Eqqan və Hortense Poroşkodel yer alıb.

Sapir dilçilikantropologiya arasındakı əlaqəni tam şəkildə inkişaf etdirən Boasın tək tələbəsi olub. O, dilin və mədəniyyətin bir-birinə necə təsir etdiyini öyrənib və dil fərqlilikləri ilə mədəni dünya görüşlərindəki fərqliliklər arasındakı əlaqəyə maraq göstərib. Bu düşüncə tərzi tələbəsi Benjamin Li Vorf tərəfindən "dilçilik nisbiliyi" və ya "Sapir-Vorf" hipotezi olaraq inkişaf etdirilib. Antropologiyada Sapir antropologiyanın psixologiya ilə əlaqələndirilməsinin vacibliyini irəli sürən ilk fiqurlardan biri kimi tanınır. Alim hər zaman fərqli fərdi şəxsiyyətlər arasındakı əlaqələrin öyrənilməsinin mədəniyyətincəmiyyətin inkişafında vacib olduğunu müdafiə edib.[6] Dilçiliyə verdiyi əsas töhfələrdən biri, Şimali Amerikanın yerli dillərinin təsnifatıdır. O, bu sahədə peşəkar həyatının böyük bir hissəsini sərf edib.

Sapirdən əvvəl yerli xalqların dillərinə tarixi dilçilik metodlarının tətbiqinin mümkün olmadığı düşünülürdü, çünki bu dillərin Hind-Avropa dillərindən daha sadə olduğu hesab olunurdu. Sapir isə müqayisəli dilçilik metodlarının yerli dillərə tətbiq edildikdə də eyni dərəcədə düzgün olduğunu sübuta yetirən ilk şəxs olub. 1929-cu ildə "Britannika Ensiklopediyası"nın nəşrində, o zaman üçün ən nüfuzlu yerli Amerikan dillərinin təsnifatını dərc edib. Həmin nəşr müasir müqayisəli dilçilik metodları ilə edilən ilk təsnifat olub. O, Algic, Uto-Aztekan və Na-Dene dillərinin təsnifatını sübut edən ilk şəxs olub. Həmçinin Hokan və Penutian kimi, tam olaraq sübut edilməmiş, lakin hələ də araşdırma mövzusu olan bəzi dil ailələrini təklif edib. Alim Atabaskan dilləri, Çinukan dilləri və Uto-Aztekan dilləri üzrə ixtisaslaşıb, Takelma, Vişram və Cənubi Payut dillərinin əsas qrammatik təsvirlərini hazırlayıb. Karyerasının sonlarına doğru İdiş dili, İvrit, ÇinAlman dilləri ilə də işləyib, həmçinin Beynəlxalq Yardımçı Dilin inkişafına maraq göstərib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Edward Sapir // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Сепир Эдуард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Edward Sapir // Encyclopædia Britannica. 31 January 2024.
  5. Sapir, Edward. (2005). In Encyclopedia of Cognitive Science. www.credoreference.com/entry/wileycs/sapir_edward
  6. Moore, Jerry D. 2009. "Edward Sapir: Culture, Language, and the Individual" in Visions of Culture: an Introduction to Anthropological Theories and Theorists, Walnut Creek, California: Altamira. pp. 88–104

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne