Elis Pol

Elis Pol
ing. Alice Paul
Doğum tarixi 11 yanvar 1885(1885-01-11)[1][2][…]
Vəfat tarixi 9 iyul 1977(1977-07-09)[1][2][…] (92 yaşında)
Təhsili
Fəaliyyəti hüquqşünas, qadın hüquqları fəalı[d], sufrajist
Üzvlüyü
alicepaul.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elis Pol (ing. Alice Paul; 11 yanvar 1885[1][2][…]9 iyul 1977[1][2][…]) — amerikalı kvaker, sufrajist, feminist və qadın hüquqları müdafiəçisi. Pol, ABŞ Konstitusiyasına XIX Düzəlişin — qadınların səsvermə hüququnun cinsi ayrı-seçkilik əsasında məhdudlaşdırılmasını qadağan edən düzəlişin qəbulu uğrunda aparılan kampaniyanın ən aparıcı liderlərindən və strateglarından biri. Pol, Lyusi Berns və digərləri ilə birlikdə 1913-cü ildə "Qadınların Səsvermə Yürüşü" və "Səssiz Keşikçilər" kimi tədbirləri təşkil etmişdir. Bu tədbirlər XIX Düzəlişin 1920-ci ilin avqustunda qəbul olunması ilə nəticələnən uğurlu kampaniyanın bir hissəsi olmuşdur. Pol aktivist fəaliyyətinə görə tez-tez polis zorakılığına və fiziki təzyiqlərə məruz qalmış, lakin həmişə qeyri-zorakı və cəsarətli mövqe sərgiləmişdir. 1917-ci ildə Ağ Evin qarşısında "Səssiz Keşikçilər" aksiyasında iştirak etdiyinə görə həbs olunmuş və ağır şəraitdə saxlanılmışdır. Elis, daha əvvəl Böyük Britaniyada qadınlara səsvermə hüququnun verilməsi uğrunda apardığı mübarizə zamanı da bir neçə dəfə həbs olunmuşdu.[3]

1920-ci ildən sonra Pol yarım əsr ərzində "Milli Qadınlar Partiyası"nın (NWP) lideri olmuşdur. Elis, ABŞ Konstitusiyasında qadınlar üçün bərabər hüquqları təmin etmək məqsədilə Bərabər Hüquqlar Düzəlişini (ing. Equal Rights Amendment) yazmış və onun qəbul olunması üçün mübarizə aparmışdır. O, 1964-cü ildə qəbul edilən Mülki Hüquqlar Aktına qadınların ayrı-seçkilikdən qorunması ilə bağlı müddəanın daxil edilməsinə nail oldu ki, bu da onun ən böyük uğurlarından biri sayılır.[4][5]

  1. 1 2 3 4 Alice Paul // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Societies A. C. o. L., Press O. U., Hartmann S. M. Alice Paul // Paul, Alice (11 January 1885–09 July 1977), women's rights leader (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1500537
  3. Baker, Jean H., "Placards At The White House," American Heritage, Winter 2010, Volume 59, Issue 4.
  4. "Alice Paul". National Women's History Museum. İstifadə tarixi: January 10, 2018.
  5. Kahn, Eve M. "Group Seeks to Buy a Suffragist's Home", The New York Times, July 13, 1989. Accessed July 12, 2008. "The Alice Paul Centennial Foundation plans to buy the house in Mount Laurel, but first the organization must raise $500,000 by Sept. 8.... The 2½-story, stucco-clad brick farmhouse was built in 1840 and once overlooked the Paul family's 173-acre Burlington County farm, east of Camden. Miss Paul was born in an upstairs bedroom in 1885 and lived in the house until she left for Swarthmore College in 1901."

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne