Eliu Rut | |
---|---|
Eliu Rut | |
![]() | |
19 iyul,1905-ci il – 27 yanvar,1909-cu il | |
Prezident | Teodor Ruzvelt |
Əvvəlki | Con Hey |
Sonrakı | Robert Bekon |
ABŞ-nin 41-ci Hərbi naziri | |
1 avqust 1899-cu il – 31 yanvar 1904-cü il | |
Əvvəlki | Rassel Aleksandr Eldjer |
Sonrakı | Vilyam Taft |
4 mart 1909-cu il – 3 mart 1915-ci il | |
Əvvəlki | Tomas Platt |
Sonrakı | Ceyms Valkott Vadsvors |
Nyu-Yorkun Cənubi Bölgəsi üzrə Amerika Birləşmiş Ştatları vəkili | |
12 mart 1883-cü il – 6 iyul 1885-ci il | |
Prezident | Çester Artur |
Əvvəlki | Stivort Vudfurd |
Sonrakı | Vilyam Dorşeymer |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1845[1][2][…] |
Vəfat tarixi | 7 fevral 1937[1][2][…] (91 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq[3], siyasət[3], diplomatiya[3] |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
|
![]() |
Eliu Rut (15 fevral 1845[1][2][…] – 7 fevral 1937[1][2][…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi.
Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.
Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi. 1900-cü il tarixli Foraker aktının, Filippin aktının(1902) və 1901-ci ildə Platt Düzəlişinin hazırlanmasında Amerikanın gələcəkdə sabit hökuməti qorumaq üçün Kubaya müdaxiləsinə icazə verdi. Panama kanalı məsələsinin güclü müdafiəçisi idi və Çin ilə dünya ticarətini genişləndirmək üçün "Açıq qapı" doktrinasını müdafiə etdi.[4]
Rut,ordunu kiçik sərhəd zastavaları və sahil müdafiə bölmələrinin rəngarəng kolleksiyasından Avropanın ən yaxşıları ilə müqayisə edilə bilən müasir, peşəkar şəkildə təşkil edilmiş, hərbi maşına çevirən Hərbi Departamentin tarixindəki aparıcı modernizator idi. Milli Qvardiyanı effektli ehtiyat halına gətirdi,Hərbi doktrinanın mütərəqqi şəkildə öyrənilməsi üçün Hərbi Ordu kollecini yaratdı və ən vacib - ümumi heyəti qurdu. Teodor Ruzveltin dövründə dövlət katibi olaraq Rut,himayəni minimuma endirərək konsulluq xidmətini modernləşdirdi,Latın Amerikası ilə dostluq əlaqələrini inkişaf etdirdi və bacarıqsız işçilərin Qərb Sahilinə köçürülməsi ilə əlaqədar Yaponiya ilə qarşıdurmaları həll etdi. Amerika Birləşmiş Ştatları və digər imzalayanların mübahisələri həll etmək üçün arbitrajdan istifadə etməyi öhdəsinə götürən 24 ikitərəfli müqavilələri müzakirə etdi və bu da Daimi Beynəlxalq Ədalət Məhkəməsinin yaradılmasına səbəb oldu.[5][6]ABŞ Senatında,Rut,prezident Vilyam Hovard Taft üçün mühafizəkar Respublikaçıların dəstək şəbəkəsinin bir hissəsi idi. 1912-ci ildə Taftın yenidən namizəd olmasında Respublikaçı Milli Konqresində əsas rol oynadı. Prezident Vudro Vilson,1917-ci ildə çar hökumətini əvəzləyən yeni inqilabi hökumət ilə ittifaq qurmaq üçün uğursuz səy göstərərək onu Rusiyaya göndərdi.[7] Rut Vilsonun Millətlər İttifaqı fikrini dəstəklədi,lakin respublikaçı senator Henri Kabot Loc tərəfindən təklif edilən xəttlər boyunca təxsis etmələr haqqında şərtlərini verdi.