Emma Frost | |
---|---|
ing. Emma Frost | |
![]() | |
Nəşriyyat |
![]() |
Yayım tarixi | "Əsrarəngiz İks-adamlar" #129 (yanvar, 1980) |
Yaradıcı(lar) |
Kris Klermont Con Brin |
Xüsusiyyətlər | |
Əsl adı | Emma Qreys Frost |
Doğum yeri |
![]() ![]() |
Cinsiyyəti | qadın |
Boyu | 178 sm |
Çəkisi | 65 kq |
Göz rəngi | göy |
Saç rəngi | qəhvəyi |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar Kabal Xavier İnstitutu Cəhənnəm Atəşi Klubu Hellionlar Nəsil X Qaranlıq İks-adamlar Foniks Beş |
Partnyorları | |
Ləqəbləri |
Ağ kraliça Qara kraliça Buz kraliçası Fırtına |
Gücləri |
Telepatiya, zehni oxumaq və idarə etmək, yaddaş dəyişdirmək, induksiya iflici, illüziya , astral səyahət, almaz dəri. |
Emma Frost (ing. Emma Frost) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlar komandası ilə tanınır. 1980-ci ildə Kris Klermont və Con Brin tərəfindən yaradılmış və ilk dəfə "Əsrarəngiz İks-adamlar" komiksinin 129-cu sayında yer almışdır. Ağ kraliça adı ilə də tanınır. İlk əvvəllər bir super cinayəkar olsa da, yaxşıların tərəfinə keçib İks-adamların əhəmiyyətli üzvlərindən biri olmuşdur.
Emma Frost bir telepatdır. Bununla yanaşı dərisi almaz qədər sərt ola bilir.
2011-ci ildə çəkilən "İks-adamlar: Birinci dərəcə" filmində Emma Frost əhəmiyyətli personajlardan biri olmuşdur. Bundan əvvəl 1996-cı ildə "Nəsil X" və 2009-cu ildə "İks-adamlar: Başlanğıc. Şimal porsuğu" filmlərində də görünmüşdür.
2008-ci ildə "Empire" jurnalı Emma Frostu "Ən böyük 50 komiks personajı" siyahısında 30-cu yerdə götürmüşdür.[1] IGN-nın 2006-cı "Top 25 İks-adamlar üzvü" siyahısında isə 21-ci yerdə göstərilmişdir.[2]