Endi Vilyams

Endi Vilyams
ing. Andy Williams
Ümumi məlumatlar
Ləqəbləri Ürəklərin kralı
Qızıl səs
Sadə musiqinin imperatoru
Mr. Moon River
Doğum tarixi 3 dekabr 1927(1927-12-03)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 sentyabr 2012(2012-09-25)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sidik kisəsi xərçəngi[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, rəsm kolleksioneri[d], aktyor, prodüser, televiziya aparıcısı, musiqi prodüseri, mahnı yazarı[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1938-ci ildən
Janrlar pop musiqisi, caz, kantri
Səs tembri bariton
Albom şirkətləri Sony Music[d], Columbia Records
Mükafatları Ellis Island Medal of Honor
andywilliamspac.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hovard Endrü "Endi" Vilyams (ing. Howard Andrew "Andy" Williams; 3 dekabr 1927[1][2][…], Voll-Leyk[d], Ayova25 sentyabr 2012[3][1][…], Brenson[d], Missuri[4]) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl[5] və 3 Platin[6] albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi.

Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Andy Williams // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Legendary crooner Andy Williams has died.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #121920216 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "RIAA: The Titanic Hits Eight Million Sales in RIAA Awards". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-07.
  6. "Andy Williams (I) on IMDb: Movies, TV, Celebs, and more…". 2011-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-07.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne