Endonevrium (həmçinin endoneurial kanal, endonevrial qabıq, endonevrial boru və ya Henle qabığı adlanır) — periferik sinir sistemindəki hər bir miyelinli sinir lifinin miyelin[1] qabığının ətrafındakı zərif birləşdirici toxuma təbəqəsi.[2] Onun tərkib hissələrinə endonevrial hüceyrələr deyilir.[3]
Qapalı sinir lifləri ilə endonevriya sinir dəstəcikləri adlanan qruplara yığılır.[4] Hər bir dəstəcik perineurium adlanan öz qoruyucu qabığındadır.[5][6]
Kifayət qədər böyük sinirlərdə, hər biri öz qan tədarükü və piy toxuması olan bir neçə dəstəcik başqa bir qişada — epineuriuma[7] yığıla bilər.