Entoni Blinken | |
---|---|
ing. Antony Blinken | |
| |
ABŞ dövlət katibinin müavini[d] | |
9 yanvar 2015 – 20 yanvar 2017 | |
Əvvəlki | Vendi Şerman[d] |
Sonrakı | Tomas Şennon[d] |
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini[d] | |
20 yanvar 2013 – 9 yanvar 2015 | |
26 yanvar 2021 – 20 yanvar 2025 | |
Əvvəlki | Deniel Smit[d] |
Sonrakı | Marko Rubio |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1962[1][2] (62 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, vəkil, jurnalist, siyasətçi |
Dini | İudaizm |
Vikianbarda əlaqəli mediafayllar |
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962[1][2], Yonkers[d], Nyu-York ştatı[5]) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb.[6]
Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub.
2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib.[7] Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi . Blinken əvvəlcə Baydenin 2020-ci il prezidentlik kampaniyası üçün xarici siyasət müşaviri kimi hökumətə qayıtdı, sonra senatın 26 yanvar 2021-ci ildə təsdiqlədiyi, Baydenin seçdiyi dövlət katibi vəzifəsinə təyin olundu.