Equinor

Equinor
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye neft sənayesi[d]
Məhsulları Neft və neft məhsulları
Təsis tarixi 1972
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 13 milyard ABŞ Dolları
Struktur
İşçi sayı 23 000 nəfər (2013) [1]
Rəhbərlik
Rəhbərlik Sveyn Rennemo
equinor.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Equinor (ex Statoil) — Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir.

Statoil dünya xam neftinAvropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir.

2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi. Statoil yaranacaq yeni şirkətin 67,3% səmhlərinə sahib olacaq. Şirkətin isə çox güman ki, StatoilHydro adlanacağı gözlənilir. Razılaşmnın 2007-ci ilin üçüncü rübündə əldə edilməsi gözlənilir. Əgər sözügedən sövdələşmə baş tutsa şirkət dünyanın ən böyük dəniz neft və qaz şirkəti olacaq.

  1. This is who we are Arxivləşdirilib 2017-01-07 at the Wayback Machine Statoil.com, retrieved 14 May 2013

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne