Eri (Pensilvaniya)

Şəhər
Eri
ing. Erie
42°07′46″ şm. e. 80°05′06″ q. u.HGYO
Ölkə  ABŞ
Ştat Pensilvaniya
Rayon Eri
İcma Eri
Mer Cozef Sinnot
Tarixi və coğrafiyası
Əsası qoyulub 18 aprel 1795[1]
Sahəsi 73 km²
Mərkəzin hündürlüyü 223 m
Saat qurşağı UTC−4 , yayda UTC−3
Əhalisi
Əhalisi 99 452 nəfər (2014)
Sıxlığı 1.788 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 814
Poçt indeksi 16501–16512, 16514–16515, 16522, 16530–16534, 16538, 16541, 16544, 16546, 16550, 16553–16554, 16563, 16565, 16501, 16505, 16510, 16512, 16515, 16533, 16534
Nəqliyyat kodları 814
582 (təklif olunub)
Digər
erie.pa.us  (ing.)
Xəritəni göstər/gizlə
Eri xəritədə
Eri
Eri
Eri xəritədə
Eri
Eri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, PittsburqAllentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi.[2] Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir.

Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır.

Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.[3] Sahilində yerləşdiyi Eri gölünün parlaqlığına görə şəhər bəzən "Cəvahirat şəhəri" kimi də tanınır.[3] 1972-ci ildə şəhər Amerika Şəhər mükafatını qazanmışdır.

  1. "Chapter MDCCCXLIV", p. 240
  2. "Interesting Facts about Erie County". Erie County Government. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-05-21.
  3. 1 2 [www.erie.pa.us/AboutErie/Facts/tabid/80/Default.aspx "About Erie"] (#bad_url). The City of Erie. 2010. 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2011.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne