Erix Honekker | |
---|---|
Erich Honecker | |
| |
Almaniya Vahid Sosialist Partiyasının I katibi | |
3 may 1973-cü il – 13 oktyabr 1989-cu il və ya: | |
Əvvəlki | Valter Ulbrixt |
Sonrakı | Eqon Krenz |
29 oktyabr 1976-cı il – 13 oktyabr 1989-cu il | |
Əvvəlki | Villi Ştof |
Sonrakı | Valter Ulbrixt |
Şəxsi məlumatlar | |
Doğum adı | Erich Ernst Paul Honecker |
Doğum tarixi | |
Doğum yeri | (doğum yeri) |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | ) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, avtobioqraf[d], müqavimət döyüşçüsü[d] |
Atası | Vilhelm Honnekker |
Anası | Karolina Veydenxof |
Uşaqları |
|
Dini | Ateist |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Erix Honekker (alm. Erich Honecker) (25 avqust 1912 – 29 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi.
18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. İkinci Dünya müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur. Erik Honekkerin əsas uğurları sırasına ADR-in beynəlxalq səviyyədə tanınması və ölkənin 1973-cü ildə BMT-yə daxil olması aid eidilir.
1980-ci illərin sonlarında həm iqtisadi vəziyyət, həm Sovet İttifaqı ilə münasibətlər, həm də ADR-nin siyasi vəziyyəti xeyli pisləşdi. Honekker, Mixail Qorbaçovun SSRİ və Varşava Müqaviləsi Təşkilatının digər üzv ölkələrində həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı müxaliflik edirdi. 1987-ci ilin sentyabrında Honekker Almaniya Federativ Respublikasına rəsmi dövlət səfəri etdi. Səfər çərçivəsində Federal Kansler Helmut Kol onu Bonnda rəsmi səviyyədə qəbul etmişdi.[1] 1989-cu ilin 18 oktyabrında AVSP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosunun təzyiqi ilə ağır xəstə olan Honecker istefa vermək məcburiyyətində qaldı. 1992-ci ildə Erik Honekker Berlində ADR-də insan haqlarının pozulması ittihamı əsasında məhkəməyə qarşısına çıxarıldı. Lakin proses təqsirləndirilən şəxsin ağır xəstəliyi səbəbindən dayandırıldı. Honekker dərhal Çilidəki ailəsinin yanına getdi və 1994-cü ilin mayında orada öldü.