Eros Ramazzotti | |
---|---|
it. Eros Ramazzotti | |
Ümumi məlumatlar | |
Doğum adı | Eros Luciano Walter Ramazzotti |
Doğum tarixi | 28 oktyabr 1963[1] (61 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, bəstəkar, musiqi prodüseri |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar | pop musiqisi, pop-rok, alternativ rok |
Musiqi alətləri | gitara |
Səs tembri | tenor, bariton |
Albom şirkətləri | Arista Records[d], BMG |
Mükafatları | |
ramazzotti.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar.[2] İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub.[3] Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur.[4] 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb.[5]
Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır.[3] Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır.[3]