Ershersoq (alm. Erzherzog (qısa olaraq Ehzg), tam adı Erzherzog zu Österreich, Archidux Austriae (qısa olaraq A.A.)) — yalnız Avstriya Habsburqlar monarxiya evinin üzvləri tərəfindən istifadə edilən titul.
Almaniyan;n orta əsrlər və müasir dövrün titullar iyerarxiyasında ershersoq hersoqdan üstün, amma kurfürst və kraldan aşağı idi.[1] Bu titul böyük hersoq (alm. Großherzog) tituluna ən yaxın idi, amma sonuncu 19-cu əsrin əvvəllərinə qədər Almaniyada heç istifadə olunmurdu.