Etel Kennedi | |
---|---|
ing. Ethel Kennedy | |
![]() | |
Doğum tarixi | 11 aprel 1928[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2024[3] (96 yaşında) |
Vəfat yeri |
|
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | sosial fiqur[d] |
Partiyası | |
![]() |
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928[1][2], Çikaqo, İllinoys – 10 oktyabr 2024[3], Boston) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var.
Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Massaçusetsdə yaşayırdı.[5] 2024-cü ildə vəfat edib.[6]