Etna (peyk)

Etna
Kəşf tarixi11 dekabr 2001
Periapsidi15.870.053 km
Apoapsidi30.587.947 km
Böyük yarımoxu
23.229.000 km
Əyilməsi2,9 radian
Nəyin peykidirYupiter
Özünə xas ekssentrisitet
0,3927
Kütləsi45 petagram[1]
0,0012 metres per second squared[1]
Albedo0,04
22,7

Etna (yun. Αίτνη) və ya Yupiter XXXI Yupiterin əks istiqamətdə dönən düzənsiz peyklərindən biridir.Peyk 2001-ci ildə Havay Universitetindən olan astronomlar komandası tərəfindən Scott Şeppardın başçılığı ilə kəşf edilmişdir və müvəqqəti olaraq S/2001 J 11 adlandırılmışdır.Etna Karme qrupuna aiddir.Bu qrup Yupiterin ətrafında 23 və 24 Gm məsafədə fırlanan təxminən 165° əyilməyə malik əks istiqamətdə dönən düzənsiz peyklərdən ibarətdir.

Etnanın diametri təxminən 3 kilometrdir və Yupiterin ətrafında 22,285 Mm məsafədə 679.641 gün ərzində fırlanır.Orbitinin ekssentrisiteti 0.393-dür.

Peykin adı 2003-cü il Avqust ayında Yunan mifalogiyasındakı Etna dağının allahını təcəssüm edən Etna və ya Etne sözündən götürülüb.

  1. 1 2 https://ssd.jpl.nasa.gov/?sat_phys_par.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne