Eysa Batterfild | |
---|---|
ing. Asa Bopp Farr Butterfield | |
Doğum adı | Asa Maxwell Thornton Farr Butterfield |
Doğum tarixi | 1 aprel 1997 (27 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kino aktyoru, televiziya aktyoru |
Fəaliyyət illəri | 2006-cı ildən |
IMDb | ID2633535 |
Vikianbarda əlaqəli mediafayllar |
Eysa Batterfild (ing. Asa Butterfield; 1 aprel 1997, İslinqton, Böyük London) — İngiltərə aktyoru. O, müxtəlif mükafatlara namizəd olub: "Britaniya Müstəqil Film" mükafatı, "Tənqidçilərin Seçimi", "Saturn" və "Gənc Sənətçi".
Karyerasına uşaq yaşlarında başlayan Eysa, 2008-ci ildə çəkilmiş "Zolaqlı pijamalı oğlan" filmindəki baş roluna görə məşhurlaşıb. Eysa 2010-cu illərdə bir neçə ekran işində baş rol almağa davam edib: "Hüqo" (2011), "Ender's Game" (2013), "X+Y" (2014) və "Miss Pereqrinin xüsusi uşaqlar üçün evi" (2016). Eysa 2019–2023-cü illərdə yayımlanan Netflix teleserialı "Seks təhsili"ndə baş rola çəkilib.