Fabritsio Moro

Fabritsio Moro
it. Fabrizio Moro
Fabritsio Moro 2018-ci ildə
Fabritsio Moro 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Fabritsio Mobriçi
it. Fabrizio Mobrici
Ləqəbləri Fabritsio Moro
it. Fabrizio Moro
Doğum tarixi (49 yaş)
Doğum yeri Roma, İtaliya
Vətəndaşlığı  İtaliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1996–h.h.
Janrlar Rok, Pop
Musiqi alətləri vokal, gitara
fabriziomoro.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fabritsio Mobriçi (it. Fabrizio Mobrici; d. 9 aprel 1975, Roma, İtaliya) və ya səhnə adı ilə Fabritsio Moroİtaliya müğənnisi və bəstəkarı. Onun debüt albomu 2000-ci ildə təqdim olunmuşdur. 2007-ci ildə Moro İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında ifa etdiyi "Pensa" mahnısı ilə qalib gəldikdən sonra İtaliyada şöhrət qazanmışdır. Mahnı ölkədə uzun müddət hit olaraq qalmışdır.

2018-ci ilə kimi Moronun yeddi studiya albomu, bir minialbomu və bir canlı ifalardan təşkil olunmuş albomu işıq üzü görmüşdür. 2011-ci ildə İtaliyanın RAI 2 telekanalında ifaçı Sberra adlı televiziya proqramına aparıcılıq etmişdir. Bundan başqa Moro digər italyan müğənniləri üçün mahnılar da yazmışdır.

Moro Ermal Meta ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne