Fallout: New Vegas | |
---|---|
| |
Hazırlayanlar | Obsidian Entertainment |
Yayımlayan | Bethesda Softworks |
Distribüterlər | Bandai Namco Entertainment |
Lokalizator |
|
Seriya | "Fallout" |
Anons tarixi | 20 aprel 2009 |
Buraxılış tarixi | |
Janrlar | Döyüş rol videooyunu |
Yaş reytinqləri | |
Rejissorlar | Coş Soyyer |
Prodüserlər |
|
Dizaynerlər | Coş Soyyer |
Ssenaristlər | Con Qonsales |
Proqramçılar | Frenk Kovalkovski |
Rəssamlar | Co Sanabria |
Bəstəkarlar | İnon Zur |
Texniki məlumat | |
Platforma | Microsoft Windows[1], PlayStation 3, Xbox 360 |
Mühərriklər | Gamebryo |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | çoxdilli |
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS3 və Xbox 360 üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) |
Sistem tələbləri |
Minimum[3]
|
İdarəetmə |
klaviatura və siçan geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Fallout: New Vegas (azərb. Radioaktiv yağıntı: Nyu-Veqas) və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6).[4][5][6] Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyumlu olaraq buraxılmışdır. Oyunun hadisələri ABŞ-nin Arizona, Kaliforniya, Nevada və Yuta ştatlarının bir hissəsini əhatə edən bir regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 3"-ün hadisələrindən 4 il sonra, "Böyük müharibə"dən (ing. The Great War) isə 204 il sonra, yəni 2281-ci ildə baş verir. Buna baxmayaraq, "New Vegas" əvvəlki oyunun birbaşa sikveli deyil.
Oyunçu "kuryer" (ing. Courier) adlı bir personajı idarə edir. Kuryer Moxave səhrasından irəliləyərək Nyu-Veqas şəhərinə (indiki Las-Veqas) paket apararkən ona tələ qurulur. Paket oğurlanır və o, güllələnir. Bu insidentdən sağ çıxan kuryer onu öldürməyə cəhd edəni axtarmaq və paketi əldə etmək üçün macəraya çıxır, bir-birləri ilə vuruşan fraksiyalarda özünə dost və düşmən qazanır, özünü Nyu-Veqas şəhəri və Moxave səhrasına kimin nəzarət edəcəyini müəyyənləşdirən bir münaqişənin ortasında tapır.
"New Vegas" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun ssenari, tapşırıq və təkmilləşdirilmiş geympleyini tərifləmiş, mənfi fikirli tənqidçilər isə oyunu buraxılış zamanı mövcud olan texniki problemlərə görə pisləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi. Oyun dünya səviyyəsində təqribən 12 milyon nüsxə satmışdır. Oyun 2011-ci ildə "İlin ən yaxşı rol oyunu" kateqoriyası üzrə "Qızıl Coystik" mükafatı qazanmış, ən yaxşı strategiya oyunu və ən yaxşı hekayə kateqoriyaları üzrə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatına, o cümlədən dramda ən yaxşı köməkçi performans (Felisiya Dey) kateqoriyası üzrə Milli Video Oyun Ticarət Rəyçiləri Akademiyası mükafatına nominasiya olmuşdur.[7][8][9]