Fallout | |
---|---|
| |
Hazırlayan | Dragonplay |
Yayımlayan | MacPlay (Interplay) |
Distribüterlər | CD Projekt |
Lokalizator | 1C Company[1] |
Seriya | "Fallout" |
Anons tarixi | aprel 1997 |
Buraxılış tarixi | |
Janrlar | |
Yaş reytinqləri | |
Rejissorlar | |
Prodüserlər | Tim Keyn |
Dizaynerlər |
|
Ssenaristlər |
|
Proqramçılar |
|
Rəssamlar |
|
Bəstəkarlar | Mark Morqan |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, DOS əməliyyat sistemi, macOS, Klassik Mac OS[d] |
Oyun rejimi | birnəfərli oyun[3] |
İnterfeysin dili | ingilis |
Daşıyıcılar | CD (PC və MacOS üçün), rəqəmsal dağılım (Steam, Good Old Games, Humble Store) |
Sistem tələbləri |
Ümumi[4]
DOS
Microsoft Windows
Mac
|
İdarəetmə | klaviatura və siçan |
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı) — "Dragonplay"[a] tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir.[6][7] Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing. The Great War) 84 il sonra, yəni 2161-ci ildə baş verir.
Oyunçu "sığınacaq sakini" (ing. Vault Dweller) adlı bir personajı idarə edir. Müharibədən əvvəl insanları qorumaq üçün tikilmiş yeraltı sığınacaqlardan birində yaşayan personaja tapşırıq verilir ki, 150 günlük bir müddət ərzində su çipi tapsın və təcrid olunmuş icmasını susuzluqdan xilas etmək üçün sığınacağa gətirsin. Oyunçu dünya xəritəsində istədiyi kimi hərəkət edə, oyundaxili məkanlara səyahət edə, müxtəlif tapşırıqları yerinə yetirə və fərqli-fərqli personajlarla vuruşa bilər.
"Fallout" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun innovativ ətraf mühiti, oyun dünyasının açıqlığı və geympley sistemininin realizmini tərifləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi. Oyun illərdir ki, müxtəlif videooyun publikasiyalar tərəfindən tərtib olunmuş "ən yaxşı videooyunlar" siyahılarında yer alır. Oyundan sonra onun haqqında çoxlu sayda sikvel və spin-offlar buraxılmış, "Fallout" seriyası yaranmışdır. Oyunun davamı – "Fallout 2"nin əsas süjet xətti Kaliforniya ştatının şimal ərazilərində cərəyan edir və 1998-ci ildə satışa çıxarılmışdır.
<ref>
teqi; goldenage
adlı istinad üçün mətn göstərilməyib
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı