Fallout 76 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Hazırlayan | Bethesda Game Studios[qeyd 1] | ||||||||
Yayımlayan | Bethesda Softworks | ||||||||
Seriya | Fallout | ||||||||
Anons tarixi | 30 may 2018 | ||||||||
Buraxılış tarixi | 14 noyabr 2018 | ||||||||
Sonuncu versiya |
|
||||||||
Sonuncu beta-versiya |
|
||||||||
Janrlar | Döyüş rol videooyunu | ||||||||
Yaş reytinqləri |
BBFC: 18 ESRB: M — Mature USK: 18 ACB: MA 15+ CERO: Z |
||||||||
Rejissorlar | Todd Hovard | ||||||||
Dizaynerlər | Emil Paqliarulo | ||||||||
Ssenarist | Emil Paqliarulo | ||||||||
Rəssamlar | Neytan Pörkipayl | ||||||||
Bəstəkar | İnon Zur[2] | ||||||||
Texniki məlumat | |||||||||
Platformalar |
Microsoft Windows PlayStation 4 Xbox One |
||||||||
Mühərriklər |
Creation Engine (yenilənmiş)[3] |
||||||||
Oyun rejimləri | Çoxnəfərli oyun | ||||||||
İnterfeysin dili | ingilis dili, rus dili, polyak dili, ispan dili, braziliya portuqal dili, ənənəvi Çin dili[d], koreya dili, yapon dili, italyan dili, alman dili, fransız dili | ||||||||
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Bethesda Launcher, PSN, Xbox Live) | ||||||||
Sistem tələbləri |
|
||||||||
İdarəetmə |
Klaviatura və siçan geympad |
||||||||
Rəsmi saytı | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Fallout 76 (azərb. Radioaktiv-yağıntı 76) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan onlayn çoxnəfərli döyüş rol videooyunu. Fallout oyun seriyasındakı 5-ci spin-off epizod (bütövlükdə 9) və 1-ci prikveldir.[qeyd 2] Oyun 14 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır.[4] Oyun ABŞ-nin Qərbi Virciniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 4"-dən 185 il əvvəl, "Böyük müharibə"dən (ing. The Great War) isə 25 il sonra, yəni 2102-ci ildə baş verir.
Böyük müharibə zamanı ABŞ-nin Appalaç dağları və ətrafında yerləşən əraziləri (ümumi olaraq, Appalaç) ÇXR üçün əhəmiyyətli bir hədəf hesab edilmirdi. Buna görə də, Qərbi Virciniyanın da içərisində olduğu bu regiona atom bombası atılmır. Buna baxmayaraq, ətraf regionlara atılan atom bombaları Appalaçı radioaktiv maddələrlə zəhərləmək üçün kifayət idi. Volt-Tek (ing. Vault-Tec, hərfi tər. Sığınacaq texnologiyası) korporasiyası müharibədən əvvəl xalqı radioaktiv-yağıntıdan qorumaq üçün yeraltı sığınacaq sistemi qurmaqla vəzifələndirilmiş bir dövlət qurumu idi. Sığınacaqlara yalnız əvvəlcədən seçilmiş şəxslər alınırdı. Oyunçu personaj 2102-ci ildə "Sığınacaq 77"-ni "Amerika torpaqlarında yenidən yaşayış qurmaq" üçün tərk edir.
"Bethesda" oyunu özünün istehsal etdiyi "Creation Engine" mühərrikinin modifikasiya edilmiş versiyasından istifadə edərək yaratmışdır. Bu, studiyaya geympleyə çoxnəfərli rejim amilləri əlavə etməyə və daha təfsilatlı bir oyun dünyası yaratmağa imkan vermişdir. "Fallout 76" tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. Müsbət tənqidçilər oyunun kraftinq sistemini və saundtrekini tərifləmiş, mənfi rəy verən tənqidçilərsə oyunun texniki problemlərini, ümumi dizaynını, geympleyin mənasızlığını və oyunda insan QOP-larının olmamasını tənqid etmişdir. Oyun satışa çıxarıldıqdan sonra oyunun xüsusi buraxılışına daxil edilən şeylərin saxta şəkildə reklam edilməsi və "Bethesda"nın vəziyyət təshih etmək cəhdləri qalmaqal yaratmışdır.
Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/>
teq tapılmadı