Far Cry 3

Far Cry 3
Loqonun şəkli
Yayımlayanlar Ubisoft
Seriya Far Cry
Buraxılış tarixləri 29 noyabr 2012[2]
Janr döyüş-macəra oyunu, birinci şəxs atıcı
Bəstəkar
  • Brayn Tayler[d]
Texniki məlumat
Platforma Microsoft Windows, PlayStation 3, Xbox 360
Mühərrik Dunia Engine 2[d]
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], alman dili[1], fransız dili[1], italyan dili[1], ispan dili[1], portuqal dili[1], polyak dili[1], Dan dili[1], niderland dili[1], Norveç dili[1], isveç dili[1], çex dili[1], rus dili[1], yapon dili[1], koreya dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1]
Daşıyıcı optik disk, rəqəmsal distribusiya
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Far Cry 3 — Kanadanın videooyun istehsalçısı komandası “Ubisoft Montreal” tərəfindən hazırlanmış və “Ubisoft” şirkəti tərəfindən satışa çıxarılmış 2012-ci ilin birinci şəxs atıcı videooyunu. Bu, “Far Cry” videooyun seriyasının üçüncü seriyasıdır. Oyundakı hadisələr, oyunçuların sərbəst şəkildə gəzə və kəşf edə biləcəyi tropik bir arxipelaq olan “Ruk adaları”nda (ing. Rook Islands) cərəyan edir. Oyun mübarizə və yeni elementlərin aşkarlanması ətrafında cəmlənir. “Far Cry 3”də oyunçular müxtəlif silahlardan istifadə edərək düşmənləri məhv etməli, eyni zamanda vəhşi təbiətin ağır şərtlərində sağ qalmaq üçün lazımi resursları toplamalıdırlar.

Oyunun baş qəhrəmanı olan gənc amerikalı oğlan Ceyson Brodi, dostları ilə birlikdə Tailandın Banqkok şəhərinə səyahətə çıxmışdı. O, və dostları bilmədən bu ölkədəki amansız piratların məskunlaşdığı Ruk adalarına ayaq basır və onların əsirinə çevrilirlər. Bəxti gətirən Ceyson onlardan qaça bilir, lakin dostları isə Vaas Monteneqro və onun başçılıq etdiyi piratların əlində qalır. Dostlarını Vaasdan azad etmək və adadan qaçmağın yolunu tapmaq missiyası indi Ceysonun üzərinə düşür.

“Ubisoft Montreal” bu oyunu hazırlamaq üçün müxtəlif ölkələrdən olan digər “Ubisoft” komandaları ilə birlikdə işləmişdir — “Massive Entertainment”, “Ubisoft Shanghai”, “Ubisoft Bucharest”, “Ubisoft Reflections” və “Red Storm Entertainment”. Bütün komandalar öz təcrübə və resurslarını masaya gətirməklə layihənin uğurunda mühüm rol oynadılar. 2010-cu ildə oyun üzərində işləyən bəzi mühüm komanda üzvləri ayrılmış və məhz buna görə də inkişaf prosesinin bir hissəsini yenidən başlatmalı olmuşdular. Komanda “Far Cry 2” üçün bildirilən tənqid və təklifləri nəzərdən keçirərək təkmilləşdirilməsi və yaxud aradan qaldırılması lazım olan sahələri müəyyənləşdirmişdir. Komanda həmçinin, adanın əsas personajlar qədər vacib olduğunu hesab edərək, onun dizaynına xeyli səy göstərib.

“Far Cry 3” 2011-ci ilin iyun ayında bəyan edilib. “Ubisoft” oyuna həyəcan və maraq yaratmaq məqsədilə, buraxılışından əvvəl əlaqəli proqramlar çıxarmış, oyunla bağlı veb seriyalar yayımlamış və digər markalarla tərəfdaşlıq etmişdir. Oyun rəsmi olaraq 2012-ci ilin noyabrında Microsoft Windows, PlayStation 3Xbox 360 üçün satışa çıxarılmışdır. Əksər oyunçular öncədən sifariş verməsələr də, oyun 10 milyondan çox nüsxə sataraq uğurlu kommersiya nəticəsi göstərmişdir. “Far Cry 3” bir çox oyun saytları və jurnalları tərəfindən ilin ən yaxşı oyunlarından biri hesab olunurdu. 2012-ci ilin sonlarında “İlin Oyunu” və “Ən Yaxşı Atıcı” kimi mükafatlara namizəd olmuşdur.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Steam. 2003.
  2. Игромания (rus.). 1997. ISSN 1560-2583

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne