Fate/Zero | |
![]() Birinci cildin üzlüyü. Personajlar: Ayrisvil fon Ayntsbern (solda), Seyber (ortada) və Kiritsuqu Emiya (sağda). | |
フェイト/ゼロ (Feito/Zero) azərb. Tale/Sıfır | |
---|---|
Janr | döyüş, dram, triller, faciə, müasir fentezi |
Manqa | |
Manqaka | Qen Urobuçi |
Rəssam | Takaşi Takeuçi |
Nəşriyyat | Type-Moon |
Nəşr tarixi | 29 dekabr 2006 – 29 dekabr 2007 |
Cildlər | 4 |
Manqa | |
Yazıçı | Qen Urobuçi |
Rəssam | Şinciro |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Young Ace |
Demoqrafiya | Seynen |
Nəşr tarixi | fevral 2011 – hazırda |
Cildlər | 11 |
Anime | |
Rejissor | Ey Aoki |
Prodüsser | Atsuhiro İvakami |
Ssenarist | Akira Hiyama Akihiro Yoşida |
Bəstəkar | Yuki Kaciura |
Studiya | Ufotable |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, GYT, GTV, TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ, BS11, Kids Station |
Buraxılış tarixi | 1 oktyabr 2011 – 23 iyun 2012 |
Seriyalar | 25 (seriya siyahısı) |
Fate/Zero (yaponca: フェイト/ゼロ, Hepbörn: Feito/Zero?, azərb. Tale/Sıfır) — Takaşi Takeuçinin rəssamlığı ilə Qen Urobuçi tərəfindən yazılan ranobe. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanı üçün prikvel təşkil edir. Ranobenin ilk cildi 29 dekabr 2006-cı ildə buraxılmışdır və Type-Moon ilə Nitroplus şirkətləri arasındakı əməkdaşlıqla ərsəyə gəlmişdir.[1] İkinci cildi 31 mart 2007-ci ildə, üçüncü cildi 27 iyul 2007-ci ildə nəşr olunmuşdur. Dördüncü və sonuncu cildi 29 dekabr 2007-ci ildə buraxılmışdır.
Manqa adaptasiyası 2011-ci ilin fevralından nəşr olunur və indiyə qədər 11 cildi çapdan çıxmışdır. 2008-ci ildən 2010-cu ilə kimi 4 Drama CD seti buraxılmışdır. Ufotable studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuşdur. Birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsümü 7 apreldən 23 iyun 2012-ci ilə kimi yayımlanmışdır.