Favstos Buzand

Favstos Buzand
erm. Փավստոս Բուզանդ
Doğum tarixi IV əsr
Vəfat tarixi V əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Favstos Bizand (erm. Փավստոս Բուզանդ, P'avstos Buzand; IV əsrV əsr) — V əsrdə yaşamış erməni tarixçisi.[1] Favstosun "Tarix" əsəri dörd kitabdan mövcuddur. Bu kitablardan birincisi Kitab 3 ("Başlanğıc"), sonuncusu isə Kitab 6-dır ("Son"). Müasir tarixçilərə görə, bu sıralama əlyazmanın bu günə qədər qorunub saxlanılmış bir nüsxəsi üzərində görülən redaktə işinə görədir. "Tarix" əsəri IV əsr Ermənistanının hərbi, sosial-mədəni və siyasi həyatından hadisələri təsvir edir. Favstos II Arşakın və oğlu Papasın (Pap) hakimiyyətlərini ətraflı əhatə edir və Mamikonyanları Ermənistanın qoruyucuları kimi təsvir edir. Favstosun kimliyi və Buzand referentinin mənası naməlumdur.

  1. Russell, James R. FAUSTUS // Encyclopaedia Iranica, Vol. IX, Fasc. 5. 1999. 449–451. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne