Fernando Pessoa | |
---|---|
port. Fernando António Nogueira Pessoa | |
Doğum adı | Fernando António Nogueira Pessoa |
Təxəllüsü | Alberto Caeiro[1], Álvaro de Campos, Ricardo Reis, Bernardo Soares |
Doğum tarixi | |
Doğum yeri | Lissabon, Portuqaliya krallığı |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Lissabon, Portuqaliya |
Vəfat səbəbi | Sirroz |
Dəfn yeri |
|
Vətəndaşlığı | Portuqaliya |
Milliyyəti | Portuqal |
Təhsili | Lissabon Universiteti |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi |
Fəaliyyət illəri | 1912-1935 |
Əsərlərinin dili | portuqal dili |
Janrlar | poeziya, roman, esse, dram |
Fernando Pessoa Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Fernando Pessoa (port. Fernando António Nogueira Pessoa; 13 iyun 1888 - 30 noyabr 1935) — Portuqaliyalı şair, yazıçı, ədəbiyyatşünas və tərcüməçi. 20-ci əsrin ən mühüm yazıçılarından və şeirlərini portuqal dilində qələmə alan ən yaxşı şairlərdən biri olaraq dəyərləndirilir. Fransız və ingilis dilində də yazmaqla bərabər, bu dillərdən tərcümə işi ilə də məşğul olmuşdur. Öz adından başqa yetmiş beş fərqli adla da şeirlər yazan Pessoa həmin adları öz təxəllüsü olaraq görməmiş, onların həqiqi intellektual yaşamlarını ələ ala bilmədiyini hiss etmiş və onları heteronim olaraq adlandırmışdır. Bu xəyali fiqurlar bəzən dəbdə olmayan və ya fövqəl fikirlərə sahib idi.