Feyenoord stadionu | |
---|---|
Tam adı | Feyenoord stadionu |
Yeri | Rotterdam, Niderland |
Təməli qoyulub | 1935 |
Tikilib | 1935-1937 |
Açılış tarixi | 23 iyul 1937 |
Sahibi | Feyenoord |
Tamaşaçı tutumu | 51,117 |
Ev sahibi komanda | Feyenoord |
Ot örtüyü | ot |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Feyenoord stadionu — Niderlandın Rotterdam şəhərində yerləşən və Feyenoord klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion eyni zamanda de Kuip adı ilə də tanınır. Stadionun tikintisinə 1935-ci ildə başlanılıb, 1937-ci ildə isə açılışı olub. Stadionun oturacaq sayı 51,117 nəfərdir. Stadionda Feyenoord klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir.
Feyenoord stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının beşinə, o cümlədən turnirin final qarşılaşmasına ev sahibliyi edib. Bundan əlavə stadion müxtəlif dönəmlərdə UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku və UEFA Kubokunun final görüşlərinədə ev sahibliyi edib.