Fiat M14/41

Bovinqton tank muzeyində nümayiş etdirilən Fiat M14/41 tankı

M14/41 dörd nəfərlik ekipaja malik olan İtaliya istehsalı olan orta tank. 1941-ci ildə İtaliya Kral Ordusunda xidmətə qəbul edilmişdir. Rəsmi olaraq İtaliya Kral Ordusunda Carro Armato M14/41 adı altında fəaliyyət göstərirdi. Tank ilk dəfə Şimali Afrikadakı hərbi əməliyyatlar gedişində istifadə edilmiş və çatışmazlıqları görünmüşdü. Tank 14.5 ton ağırlığında (32.000 lb), 4.915 m[1] (193.5 inç) uzunluğunda, 2.280 m [2] (89.8 inç) enində, 2.370 m[2] (93.3 inç) hündürlüyündə olmuşdur. Tank 4 ekipaj üzvündən (komandir/atıcı, radio operator/pulemyot, yükləyici, sürücü)[3] ibarət olmuşdur. Tankın ön tərəfində zirehi 30 mm (1,2 in)[1], yan tərəflərdə və arxa hissəsində 25 mm (0,98 in)[1], altında və tavan (üst) hissəsində 6–14 mm (0,24-0,55 in)[1], qüllədə 42 mm (1,7 in) təşkil etmişdir. Əsas silahı 1 ədəd 47 mm-lik “cannone da 47/32” markalı 87 atışlıq top[4], köməkçi silahı isə 4×8 mm “Breda mod 38” markalı 2664 atışlıq pulemyot olmuşdur[4] (1 ədəd cütləşdirilmiş, 1 ədəd AA, 2 ədəd gövdədə). SPA 8 TB M41 11,140 cc V8 dizel mühərriki ilə təchiz olunmuş tank 145 at gücünə (108 kW) malik olmuşdur[5]. Güc/çəki nisbəti isə at 1,900 olmuşdur[5]. Asqı sistemi yarım elliptik yarpaq formalı yay olmuşdur. Yerdən hündürlüyü 41 sm (16 inç)[1], əməliyyat mənzili 200 km (120 mil), sürəti düz yolda 33 km/saat (21 mil)[5] olmuşdur.

  1. 1 2 3 4 5 Falessi and Pafi, 1976. səh. 67
  2. 1 2 Cappellano and Battistelli, 2012. səh. 46
  3. David, B. "Carro Armato M14/41". tanks-encyclopedia.com. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2017.
  4. 1 2 Pignato, 2004. səh. 41
  5. 1 2 3 Falessi and Pafi, 1976. səh. 74

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne