Filarioz | |
---|---|
![]() | |
XBT-10-KM | B74, B74.9, B74.8, B74.1, B74.3, B74.4, B74.0, B74.2 |
XBT-9-KM | 125.9[1][2] |
MeSH | D005368 |
Filarioz — Filarioidea cinsinə aid olan parazitar qurdlarının törətdiyi parazitar xəstəlik.[3] Onlar qara milçək və ağcaqanad kimi qanla qidalanan həşəratlar tərəfindən yayılır və helmintozlar adlanan xəstəliklər qrupuna aiddir.
Bu parazitlər vəhşi təbiətdə Cənubi Asiyanın, Afrikanın, Cənubi Sakit okeanın və Cənubi Amerikanın subtropik hissələrində mövcuddur. Onlara Avropa və ya ABŞ kimi mülayim iqlimi olan bölgələrdə rast gəlinmir.[4]
Filarial qurdlarla yoluxmuş şəxslər, onların periferik qanında mikrofilariyanın aşkar edilib-edilməməsindən asılı olaraq ya "mikrofilaraemik" və ya "amikrofilaraemik" kimi təsvir edilə bilər. Filariaz mikrofilaria hallarında ilk növbədə periferik qanda mikrofilariyanın birbaşa müşahidəsi ilə diaqnoz qoyulur. Gizli filarioz amikrofilaraemik hallarda klinik müşahidələr əsasında və bəzi hallarda qanda dövran edən antigenin tapılması ilə diaqnoz qoyulur.