Filippo Mariya Vizkonti | |
---|---|
it. Filippo Maria Visconti | |
![]() | |
16 may 1412 – 13 avqust 1447 | |
Əvvəlki | Jan Mariya Vizkonti |
Sonrakı | I Françesko Sforza |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1392[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1447[2] (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi |
Atası | Jan Qaleazzo Vizkonti |
Anası | Katerina Vizkonti (Milan hersoqinası) |
Həyat yoldaşları | |
Uşağı | |
Dini | katolisizm |
![]() |
Filippo Mariya Vizkonti (it. Filippo Maria Visconti; 3 sentyabr 1392[1], Milan – 13 avqust 1447[2], Milan) — III Milan hersoqu. Zalımlığı və paranoyaları ilə bilinir.
Atası ilk Milan hersoqu Jan Qaleazzo Vizkonti, anası isə onun həm əmisi qızı, həm də ikinci xanımı olan Katerina Vizkontidir. Atasının vəfatının ardından özündən 4 yaş böyük qardaşı Jan Mariya anasının naibəliyi altında taxta çıxarıldı. Filippo Mariya isə atasının Paviyadakı mülklərinə sahibləndi. Ancaq zalımlığı ilə bilinən qardaşı Jan Mariyanın sui-qəsd nəticəsində öldürülməsiylə taxt-tac Filippo Mariyaya qaldı.
Şimali İtaliyadakı ticarət yollarına nəzarət uğrunda başlayan Lombardiya müharibəsi boyunca (1423–1454) Florensiya, Venesiya, Savoyya kimi mühüm şəhər-dövlətləriylə mübarizə aparan Filippo Mariya, nəhayət Roma papası V Martinin təzyiqi ilə sülh bağlamağa məcbur oldu. Ancaq papanın ölümünün ardından bu sülhü pozaraq yenidən müharibəyə qatıldı. Rəsmi şəkildə 2 dəfə evlənməsinə baxmayaraq bu nikahlardan övladı olmayan Filippo Mariya, Vizkonti sülaləsinə mənsub son Milan hersoqu oldu. Ölümünün ardından hersoqluq respublika sisteminə keçsə də, 3 il sonra onun nikahdan kənar doğulan qızı Bianka Mariyanın əri I Françesko Sforza hersoqluğu bərpa etdi.