Fivaida (yun. Θηβαΐδα Thēbaida, Θηβαΐς Thēbais) — Yuxarı Misirdə qədim vilayət.[1] Termin vilayətin paytaxtı Fivanın yunan dilində olan adından gəlir. Fivaida on üç nomdan ibarət idi.[2]
Ptolomeylərin hakimiyyəti dövründə Fivaida ayrıca inzibati rayon təşkil etmiş və onun mərkəzi Fiva olmuşdur. Bu vilayətin qubernatoru strateq idi. Onun vəzifələrinə Qırmızı dənizdə naviqasiyanın monitorinqi daxil idi. Roma imperiyası dövründə imperator Diokletian Fivaida əsasında əyalət yaratmışdır. Sonralar Fivaida iki yerə – Yuxarı və Aşağı vilayətlərə bölünmüşdür. Buranın adı ilk xristian zahidlərin əfsanələrində müşahidə olunur.[2]