Flotel (üzən otel) — su hövzələrinin mərkəzlərində, gəmidə yerləşən mehmanxana. Flotellər daha çox neft sənayesində, liman bölgələrində və s. kimi yerlərdə çalışan işçilər üçün nəzərdə tutulur.[1] Flotel ideyası ilk dəfə irəli sürüləndə ekipajın qazma işlərini fasiləsiz həyata keçirə bilməsi üçün dəniz qurğusunun yaxınlığında yerləşdirilmiş yarıdalma platforma kimi hazırlanmışdır.[2]