Fluksus (lat. fluxus) — 50-ci və 60-cı illərin beynəlxalq sənət hərəkatı, XX əsrin ikinci yarısının sənətində əhəmiyyətli bir fenomen. Fluksus hərəkatında Yoko Ono və başqaları kimi sənətkarlar iştirak etdi. Fluksus festivalları Paris, Amsterdam, Kopenhagen, London, Nyu-Yorkda keçirildi.