Focus Features

Focus Features
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye film sənayesi
Məhsulu film
Təsis tarixi 2002
Struktur
Ana şirkət Universal Pictures
focusfeatures.com

Focus Features (əvvəlki adları: USA Films, Universal Focus, Good Machine) — Universal Pictures şirkətinin bir bölməsi olan ABŞ-nin kino şirkətidir. Bu şirkət ABŞ-də müstəqil kino və Avropada art haus kinosu üzrə ixtisaslaşmış ən böyük distribyutorlardan biri hesab olunur.

Focus Features şirkəti 2002-ci ildə USA Films, Universal Focus və Good Machine şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. USA Films şirkəti isə Barri Diller tərəfindən 1999-cu ildə October Films və Gramercy Pictures (1993-cü ildə təsis edilmişdir) şirkətlərinin birləşdirilməsi nəticəsində təsis edilmişdir. Şirkət həm özünün istehsalı olan filmlərin, həm də xarici filmlərin ABŞ-də nümayiş etdirilməsi ilə məşğuldur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne