Fokizm (isp. foquismo) və ya partizan ocağı nəzəriyyəsi (isp. foco – ocaq) — Ernesto Gevara tərəfindən partizan müharibəsinin maoçu prinsiplərinin inkişafı kimi təklif olunan gevarizm konsepsiyasının tərkib hissəsi. Bunu ilk dəfə Çe Gevara Üç Qitə Konfransındakı çıxışında belə ifadə etmişdir: "… iki, üç, çoxlu Vyetnam yaradın!".[1] Sonralar fokizm nəzəriyyəsi Fransa filosofu və Gevaranın əməkdaşı Reji Debre tərəfindən işlənib hazırlanmışdır.