Fors-major (fr. force majeure — «daha yüksək güc», lat. vis maior)[1] — əməliyyatda iştirak edən tərəflərin iradəsindən asılı olmayan və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mümkünsüzlüyünə gətirib çıxaran gözlənilməz hadisə (məsələn, təbii fəlakət, epidemiya və ya müharibə). Bu, borclu tərəfi müqavilənin pozulmasına görə məsuliyyətdən azad edir.