Frayberq Texniki Universiteti | |
---|---|
Technische Universität Bergakademie Freiberg | |
![]() | |
![]() | |
![]() | |
50°55′06″ şm. e. 13°20′26″ ş. u.HGYO | |
Əsası qoyulub | 1765 |
Tələbə sayı | 4.016[1] |
Ölkə | |
Sayt | tu-freiberg.de |
![]() |
Frayberq Texniki Universiteti (alm. Technische Universität Bergakademie Freiberg) — Saksoniya universiteti olub Frayberq dairəsinin mərkəzində yerləşir. O Çitau universitetindən sonra Saksoniyada ikinci kiçik universitet sayılır.
Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindəndir. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə uduzandan sonra borclarını ödəyə bilsin.
Frayberq Texniki Universitetində iki kimyəvi element kəşf edilmişdir. Bunlardan İndium 1863-cü ildə Ferdinand Rayh və Teodor Rihter (almanca Ferdinand Reich və Theodor Richter) və Germanium 1886-cı ildə Klemens Vinkler (almanca Clemens Winkler) tərəfindən kəşf edilmişlər.
Drezden Texniki Universiteti 1871-ci ildə yaradılana qədər Frayberq Texniki Universiteti Saksoniya şahlığının ən böyük ali məktəbi sayılırdı. 1905-ci ildən Universitetdə "Doktor" elmi dərəcələrin verilməsinə icazə verilmişdir. 1940-cı ildən burada riyaziyyat, təbiət elmləri üzrə fakültələr fəaliyyət göstərir.
Frayberq Texniki Universiteti hal hazırda dağ-mədən işləri üzrə dünyada mövcud olan ən qədim təhsil ocaqlarindan biridir. Ondan qabaq yaradılmış Potosi (Bolivaya 1557–1786), Kongsberg (Norveç, 1757–1814), Banska Stiavnica (1762–1919) və Praga (1762–1772) Dağ-mədən akademiyalari isə artiq mövcud deyillər. Almaniyanin təkrar birləşməsi nəticəsində Dag-Mədən akademiyasinin fiziki ve hüquqi infrastrukturu təzədən qurulmuşdur. Son illər Frayberq Texniki Universiteti yarimkerici tədqiqatlari üzrə bacariqlarini inkişaf etdirərək bu sahədə dünyada aparıcı olan Siltronic AG, Deutsche-Solar — SolarWorld AG şirkətlərinin filiallarının Frayberqdə yaranmasına şərait yaratmışdır.
2008-ci ilin Oktyabr ayından başlayaraq Frayberq Texniki Universiteti şəhərdə yerləşən "Freundenstayn" qəsrinda dünyada "Terra mineralia" adı altında dünyada ən böyük şəxsi mineral kolleksiyasını nümayiş etdirir.
Frayberq Dağ-Mədən Universitetinin xüsusi təhsil bolmələri bunlardır: Sənaye arxeologiyası, International Management of Resources and Environment(IMRE, magistr proqrami)ve International Business in Developing and Emerging Markets(IBDEM, magistr programi)
1996-cı ildə əlavə olaraq "Ətraf mühitin mühafizəsi" mərkəzi yaradılmışdır.
Universitetdə altı fakültə fəaliyyət göstərir:
1996-cı ilin payizinda, əlavə "Interdisciplinary Ekoloji Mərkəzi (IÖZ) qurulmuşdur.
2009/10-cu ilin qış semestrində Frayberq Texniki Universititetinə 5000-dən çox tələbə gabul olunub, onlardan 30%-i qadın, 8%-i isə xarici tələbələrdir.
Universitetdə cəmi 25 adda müxtəlif ixtisas növləri tədris edilir. Elmi işlərdən gələn gəlir 2004-cü ildə 20 Milyon avro həddində olmuşdur. Frayberq Texniki Universitetində xarici tələbələr arasında Azərbaycandan da gəlmiş gənclər təhsil almışlar və hal-hazırda bir qismi təhsilini müxtəlif sahələr üzrə burada davam etdirirlər.
Texniki Universitet Frayberq tələbə şəhərciyinə malikdir. Onun böyük hissəsi Frayberqin şimalinda yerləşir.
Texniki Universitet Frayberq hal-hazırda dünyanın 42 universitetləri və kolleciləri ilə əlaqələr saxlayır.