Frenk Darabont

Frenk Darabont
ing. Frank Darabont
Doğum adı Ferenc Árpád Darabont
Doğum tarixi 28 yanvar 1959(1959-01-28)[1][2] (66 yaş)
Doğum yeri
Fəaliyyəti ssenarist, film prodüseri, kinorejissor, yazıçı, televiziya prodüseri[d], rejissor
Fəaliyyət illəri 1981-ci ildən
IMDb ID0001104
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frenk Arpad Darabont (28 yanvar 1959[1][2], Monbelyar[d], Du, Fransa) — amerikalı film rejissoru. O, üç dəfə "Oskar" və bir dəfə "Qızıl Qlobus" mükafatına namizəd olmuşdur. Karyerasına başladığı ilk vaxtlarda qorxu filmləri "Qarağac küçəsində qarabasma 3", "The Blob" və "The Fly II" üçün ssenari yazmışdır. Frenk ən çox yazıçı Stiven Kinqin əsərlərini ekranlaşdırması ilə tanınma qazanmışdır. O, Kinqin müəllifi olduğu romanları əsasında "Şouşenkdən qaçış", "Yaşıl mil" və "Duman" filmlərini çəkmişdir. Frenk həmçinin "Gəzən ölülər" teleserialının ilk mövsümünün rejissorluğunu etmişdir.

  1. 1 2 Frank Darabont // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Frank Darabont // Munzinger Personen (alm.).

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne