Friren (personaj)

Friren
"Frieren: Beyond Journey's End" personajı
Tsukasa Abe tərəfindən çəkilmiş təsviri.
İlk görünüş"Frieren", 1-ci fəsil, "Səyahətin sonu" (2020)
YaradanKanehito Yamada
SəsləndirənAtsumi Tanezaki
Profil
LəqəbiQatil
İrqielf
Cinsiqadın
Məşğuliyyətisehrbaz
Yaşı1000+
ÜzvlüklərQəhrəmanlar komandası
Silahısehrli əsa

Friren (yaponca: フリーレン, Hepbörn: Furiren?)Kanehito Yamada tərəfindən yaradılmış və Tsukasa Abe tərəfindən illüstrasiya olunan "Frieren: Beyond Journey's End" manqa seriyasının protaqonisti. Friren minlərlə il yaşayan və gec yaşlanan sehrbaz elfdir. O, qəhrəman Himmelin başçılıq etdiyi və 10 illik macəradan sonra İblis kralı məğlub edərək dünyada sülhü bərqərar edən komandanın keçmiş üzvüdür. 50 il sonra keçmiş yoldaşlarını görməyə gedən Friren onların çox yaşlandığını görür. Qısa müddət sonra Himmel ölür və Friren dəfnetmə mərasimində onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşman olduğunu ifadə edir. Friren daha sonra digər yoldaşlarını ziyarət edir və Fern adlı yetim qızı şagirdi kimi qəbul edir. Himmeli yenidən görmək və ona hislərini çatdırmaq üçün ucqar şimalda yerləşdiyi rəvayət olunan, ruhların dincəldiyi yerə doğru səyahət etməyə qərar verir. Bu səyahət zamanı Fernə sehr öyrətməyə davam edir.

Yamada Friren üçün bir neçə konsepsiya fikirləşsə də, sonda uzun müddət yaşayan elf sehrbaz personaj yaratmağa qərar vermişdir. 2023-cü ildə yayımlanmağa başlayan anime adaptasiyasında Frireni Atsumi Tanezaki səsləndirir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne