Fullmetal Alchemist

Fullmetal Alchemist
Birinci tankobon cildinin üzlüyü.
鋼の錬金術師
(Haqane no Renkincutsuşi)
azərb. Polad əlkimyagər
Janr macəra,[1] qaranlıq fentezi,[2] stimpank[3]
Manqa
ManqakaHiromu Arakava
NəşriyyatEnix (2001–03)
Square Enix (2003–10)
İmprintGangam Comics
JurnalMonthly Shōnen Gangan
Demoqrafiyaşonen
Nəşr tarixi12 iyul 2001 – 11 iyun 2010
Cildlər27 (cild siyahısı)
Ranobe
YazıçıMakoto İnoue
RəssamHiromu Arakava
NəşriyyatSquare Enix
Nəşr tarixi28 fevral 2003 – 22 aprel 2010
Cildlər10 (cild siyahısı)
Anime serialları
Anime filmləri
Canlı filmlər
  Anime və manqa portalı

Fullmetal Alchemist (鋼の錬金術師, Haqane no Renkincutsuşi?, azərb. Polad əlkimyagər‎)Hiromu Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2001-2010-cu illərdə "Square Enix" nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında serializasiya olunmuş, daha sonra 27 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr Avropa sənaye inqilabı üslubunda olan stimpank dünyada baş verir. Əlkimyagər qardaşlar EdvardAlfons Elrik analarını diriltmək üçün göstərdikləri uğursuz cəhddən sonra bədənlərini bərpa etmək üçün fəlsəfə daşının axtarışına çıxırlar.

"Fullmetal Alchemist" manqası əsasında müxtəlif anime adaptasiyaları çəkilmişdir. "Bones" studiyası tərəfindən 20032009-cu illərdə iki fərqli anime serialı, 20052011-ci illərdə iki anime filmi buraxılmışdır. Manqa seriyası əsasında OVA-lar, ranobelər, kolleksiya kart oyunu və oyuncaq fiqurlar hazırlanmışdır. 2017-ci ildə canlı film adaptasiyası və 2022-ci ildə onun iki davam filmi buraxılmışdır.

Manqanın bütün dünyada 80 milyondan çox nüsxəsi satılmış və bütün dünyada ən çox satılan manqa seriyalarından biri olmuşdur. 2004-cü ildə şonen kateqoriyası üzrə 49-cu Shogakukan Manqa Mükafatının, 2011-ci ildə ən yaxşı elmi fantastika komiksi kateqoriyası üzrə Seyun Mükafatının qalibi olmuşdur. "Fullmetal Alchemist" personaj inkişafına, döyüş səhnələrinə, simvolizminə və fəlsəfi mövzularına görə tənqidçilər tərəfindən müsbət rəylər almışdır.

  1. "The Official Website for Fullmetal Alchemist". Viz Media. January 12, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2025.
  2. 荒川弘「鋼の錬金術師」の全話が3月31日までの期間限定で、スクウェア・エニックスのマンガアプリ・マンガUP!にて配信されている。. Comic Natalie (yapon). Natasha, Inc. March 14, 2017. July 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2025.
  3. Sherman, Jennifer. "Da Vinci Magazine Lists 3 Manga Among 2011's Top 10 Books". Anime News Network. December 6, 2011. June 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2025.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne